Kateqoriyasız

“Qarabağ” – “Yanq Boyz”: azarkeşlər üçün vacib məqam

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) qarşılaşmasının biletləri bü gündən satışa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərini stadionunun kassalarından almaq mümkün olacaq.

Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 manatdı. VİP biletlər isə 50 manatdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43