İdman

“Qarabağ” – “Yanq Boyz” oyununun biletləri sabah satışa çıxarılacaq

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Qarabağ” – “Yanq Boyz” oyununun biletləri sabah satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Report”a Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

O, bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.

Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43