Kateqoriyasız

“Qarabağ” yanvarı gözləmədi, onu göndərdi!

“Qarabağ” futbolçusu  Simeon Slavçevlə yolları ayırıb.

İdmanxeber.az-ın klubun  rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayırdı.

Xatırladaq ki, Bolqarıstan millisinin üzvü ilə ölkəsinin “Levski” klubunun maraqlandığı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43