Kateqoriyasız

“Qarabağ” yeni hücumçusunu rəsmən açıqladı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini həyata keçirib.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı hücumçu Maqaye Qeyeni heyətinə cəlb edib. Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı Seneqal əsilli futbolçu “Strasburq”un yetirməsidir. Onun son iş yeri Türkiyənin “Osmanlıspor” klubu olub. Qeye karyerası ərzində Fransanın “Brest”, İngiltərənin “Everton”, “Milloull” və Türkiyənin “Adanaspor” komandalarında da çıxış edib.

Xatırladaq ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli müdafiəçi Faysal Rerras və ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43