Kateqoriyasız

“Qarabağ” yeni transferini açıqladı! – VİDEO

“Qarabağ” yay fasiləsində ilk transferini rəsmiləşdirib.

Ağdam klubu braziliyalı futbolçu Borges Malinovskini heyətinə qatıb.

25 yaşlı yarımmüdafiəçinin son klubu Portuqaliyanın “Vilafranquense” komandası olub. O, “Koritiba” yetirməsidir.

Klubun “YouTube” kanalı futbolçunun transferi ilə bağlı videoreportaj hazırlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43