Kateqoriyasız

“Qarabağ” yeni transferini açıqladı

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın “Bezye” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43