Kateqoriyasız

“Qarabağ” yeni transferini rəsmən açıqladı

“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi son olaraq APOEL-də çıxış edən Uroş Matiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı serbiyalı yarımmüdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb. Matiç müqavilə ilə “Kopenhagen” klubuna məxsus idi. O, son mövsümdə icarə əsasında Kiprin APOEL klubunda forma geyinib.

Matiç “Qarabağ”da 8 nömrəli forma ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43