Kateqoriyasız

“Qarabağ” yeni transferini rəsmən açıqladı

“Qarabağ” Almaniya “Ştutqart”ının futbolçusu Ailton Silvanın transferini rəsmən açıqlayıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı sol cinah müdafiəçisinin  2019-2020 mövsümünü icarə əsasında Ağdam təmsilçisində keçirəcəyi bildirilib.

Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

Xatırladaq ki, “Qarabağ” mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43