Kateqoriyasız

“Qarabağ” yenidən UEFA-ya müraciət etdi

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” bundan sonrakı ev oyunlarını Bakıda keçirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Dağlıq Qarabağdakı müharibənin dayanmasının ardından UEFA-ya müraciət edib. Əgər UEFA “köhlən atlar”ın bu istəyinə müsbət yanaşsa “Qarabağ” noyabrın 26-da “Sivasspior”u Bakıda qonaq edə biləcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. “Qarabağ” II turun İspaniya “Vilyarreal”ı ilə matçını (1:3) da İstanbulda “Başakşehir” klubuna məxsus “Fatih Terim” stadionunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43