Ölkə futbolu

“Qarabağ” yola düşdü – FOTO

Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən toplanışın ilkin mərhələsini başa vurub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi bu gün hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb. "Qarabağ" toplanışda bir neçə yoxlama görüşü də keçirəcək.

Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Axmat”a qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından asılı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43