Ölkə futbolu

“Qarabağ” Yunanıstanda dəstəksiz qalmayacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin IV tur oyunları çərçivəsində "Qarabağ" Yunanıstanın PAOK klubunun qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, 16 mindən çox biletin satıldığı qarşılaşmada 50-yə yaxın "Qarabağ" azarkeşi də komandanı dəstəkləyəcək.

PAOK – "Qarabağ" matçı saat 00:05-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43