Ölkə futbolu Premyer Liqa

“Qarabağ”dan darmadağın, “Sumqayıt” “Sabah”a uduzdu— Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

İlk oyun günündə iki matç keçirilib. Əvvəlcə lider “Qarabağ” səfərdə “Zirə” ilə qarşılaşıb. Ağdam klubu rəqibini darmadağın edib – 6:0.

Günün ikinci matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. Bu görüşdə də qonaqlar 3 xalı qazanan tərəf olub – 2:1.

Tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XVII tur

15 fevral

15:00. “Zirə” –“ Qarabağ” – 0:6
Qollar
: Bədavi Hüseynov, 4, Xayme Romero, 11, Mahir Emreli, 14, Aylton Silva, 28, Abdullah Zubir, 61, Maqaye Qeye, 85

Qırmızı vərəqə: Cavid Hüseynov, 68 (“Zirə”)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah” – 1:2
Qollar:
 Əmir Ağayev, 90+1 – Şakir Seyidov, 59, Ozan Can Kökcü, 62

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43