Ölkə futbolu

“Sabah” darmadağın oldu, “Qarabağ” xal itirdi – Yenilənib

Bu gün Topaz Premyer Liqada 20-ci tura start veriləcək.

Turun açılış matçındda “Keşlə” öz meydanında “Sabahı” qəbul edib. Qarşılaşma ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Qeyd edək ki, “Keşlə” komandasının heyətində dubl edən C.Ayite cari mövsümdə ilk qollarını vurub.

Turun digər qarşılaşmasında “Qarabağ” doğma meydanda “Zirə” ilə qarşılaşıb. “Tofiq Bəhramov”da keçirilən oyunda hesab açılmayıb – 0:0.

9 mart (şənbə)

16:00.  “Keşlə” – “Sabah” 3:0 

Qol: C.Ayite, 27, 48, C.Əmirli, 67
Hakimlər
: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
“ASK Arena”

18:30.  “Qarabağ” – “Zirə”  0:0 (ikinci hissə)
Hakimlər
: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43