Ölkə futbolu

“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ”, klubun bazasında Çempionlar Liqasında “Düdelanj”la qarşı keçirəcəyi oyuna hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi bu gün “Zirə” ilə yoxlama oyunu keçirəcək.

Tofiq Bəhramov adına “Respublika stadionu”nda baş tutacaq oyun saat 21:00-da start götürəcək. 

“Qarabağ” iyulun 12-si Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşacaq, həmin matç saat 21:00-da Respublika stadionunda başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43