Premyer Liqa

“Qarabağ” “Zirə”ni məğlub etdi (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Lənkəranda "Xəzər Lənkəran" AZAL-ı sınağa çəkəcək. "Neftçi" "Qəbələ", "Sumqayıt" "İnter"lə münasibətlərə aydınlıq gətirəcək.

Günün son matçında isə "Qarabağ" və "Zirə" üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası, 24-cü tur

5 mart

14:00. “Xəzər Lənkəran” – AZAL 0:1

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov.

“Xəzər Lənkəran” mərkəzi stadionu.

15:00. “Neftçi” – “Qəbələ” – 1:2

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov.

Bakı. “Bakcell Arena”.

17:00. “Sumqayıt” – “İnter” – 0:1

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə.

Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Qarabağ” – “Zirə” – 2:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.

Bakı. “Azərsun Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43