Kateqoriyasız Ölkə futbolu

“Qarabağ”a ABŞ-dan təbrik

Karyerasını ABŞ-da davam etdirən Ansi Aqolli sabiq komandası “Qarabağ”ın çempionluğuna biganə qalmayıb.

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu Nyu-York küçələrində “Qarabağ”da geyindiyi ağ rəngli forma ilə çəkdirdiyi şəkli instaqram səhifəsinə paylaşıb.

Albaniya millisinin sabiq kapitanı azərbaycanca “Ardıcıl 6-cı dəfə çempionuq” yazaraq, buna 2013-cü ildən başladıqlarını vurğulayıb və ingiliscə “sevimli Qarabağ” ifadəsini yazıb.

Oxşar xəbərlər

Mustafa Dənizli “Xəzər Lənkəran”dan gedəcəyi vaxtı açıqladı

admin

Tərlan Əhmədov: “Çoxdandır ki, evdə qələbə qazana bilmirdik”

admin

Cəfərov oynadı, “Tondela” qələbə qazandı

admin