Kateqoriyasız Ölkə futbolu

“Qarabağ”a ABŞ-dan təbrik

Karyerasını ABŞ-da davam etdirən Ansi Aqolli sabiq komandası “Qarabağ”ın çempionluğuna biganə qalmayıb.

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu Nyu-York küçələrində “Qarabağ”da geyindiyi ağ rəngli forma ilə çəkdirdiyi şəkli instaqram səhifəsinə paylaşıb.

Albaniya millisinin sabiq kapitanı azərbaycanca “Ardıcıl 6-cı dəfə çempionuq” yazaraq, buna 2013-cü ildən başladıqlarını vurğulayıb və ingiliscə “sevimli Qarabağ” ifadəsini yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43