Ölkə futbolu

“Qarabağ”a gəlmək haqda düşünən futbolçu kimdi?

Ukraynanın “Futbol 1” telekanalının jurnalisti İqor Burbas ölkə millisinin sağ cinah müdafiəçisi Artyom Fedetskinin gələcək karyerası ilə bağlı 3 variant üzərində düşündüyü haqda açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, özünün Tvitter səhifəsində o yazıb ki,  32 yaşlı futbolçu “Qarabağ”la  çempionluq qazanmaq üçün uzaq Azərbaycana, Ukraynaya qonşu olan Polşaya və ya optimal variant kimi Türkiyəyə getmək barədə düşünür.

Qeyd edək ki, Artyom Fedetskinin son komandası “Darmştadt” olub. 2016/17 mövsümü başa çatdıqdan sonra alman klubu onunla yekunlaşan müqavilənin müddətini uzatmayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43