Ölkə futbolu

“Qarabağ”a göz dəydi: Üçü nağdı, ikisi nisyə – AÇIQLAMA

“Neftçi”ni məğlub edərək liderliyi ələ keçirən “Qarabağ” qarşıdakı “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov idmanxeber.com-a verdiyi açıqlamada Preyer Liqanın XVII turundakı “Bakı” ilə çətin səfər oyununda azı 4 futbolçunun xidmətindən məhrum olacaqlarını bildirib:

“Neftçi” ilə oyunda Rəşad Sadıqov və Reynaldo sarı kart limitini doldurduğuna görə “Bakı” ilə oyunu buraxmalı olacaqlar. Bundan əlavə Riçard Almeyda da zədəlidi. Dünənki oyundan sonra ayağında ağrı hiss edən Maksim Medvedev və Vüqar Nadirovun da qarşıdakı turda bizə kömək edə biləcəyi sual altındadı. Zədəlilərlə bağlı yekun qərar sabah veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43