Kateqoriyasız

“Qarabağ”a hörmətlə yanaşırıq” – “Sevilya”nın baş məşqçisi

“Biz artıq növbəti mərhələyə yüksəlmək məsələsini həll etmişik. “Qarabağ” isə hələ bunun üçün mübarizə aparır. Bilirik ki, rəqibimiz buradan xalla dönməyə çalışacaq. Qarşıdakı oyunu tam məsuliyyətlə keçirməliyik. Biz yaxşı oyun göstərib yaxşı nəticə əldə etmək istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopetegi “Qarabağ”la oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib: “Bu, Avropa Liqasının oyunudur və biz qalib gəlmək istəyirik. Uşaqlar bilir ki, hər qələbə vacibdir. Biz çoxlu hücum edib yaxşı müdafiə olunacağıq. Sabah neçə hücumçu ilə oynayacağıq, bir ya iki? Bunu indi deyə bilmərəm. Sabah görəcəksiniz. Biz özümüzə, rəqibə və azarkeşlərə böyük hörmətlə yanaşırıq. Məzmunundan asılı olmayaraq, yaxşı oynamağa çalışırıq. İstənilən halda, meydana hamı tam heyətlə çıxır. Yaxşı oyun sərgiləmək və insanları məmnun etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43