İdman

“Qarabağ”a inanan azdı – Bukmeker kontorları açıqladı

Bukmeker kontorları “Qarabağ”ın BATE ilə ilk oyununa əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təsnifat mərhələsində keçirdiyi 4 oyunun heç birində uduzmayan və qol buraxmayan “Qarabağ”ın BATE ilə ev oyununda qələbəsinə 2.05 əmsal açıblar. qonaqların qələbə əmsalı isə 4.00 “kofiçent”ə bərabərdi.

İlk oyunun favoriti Ağdam klubu göstərilsə də, ümumilikdə iki oyunun nəticəsində görə, növbəti mərhələyə Belarus klubunun keçəcəyinə inananlar daha çoxdu. Bukmekerlər də, BATE-nin pley-off şanslarını daha yüksək dəyərləndirir. Bu səbəbdən BATE-nin mərhələ adlamasına 1.53 əmsal açılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43