İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsüm komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, klub başçısı Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) yenilərək, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsinə də toxunub:
“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtarıb. “Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bavariya”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.