Kateqoriyasız

“Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib” – “Nant”ın futbolçusu

“Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant”ın müdafiəçisi Dennis Appia deyib.

30 yaşlı fransalı cinah oyunçusu Bakıda “Qarabağ”a 0:3 hesablı yenilgini hələ də unutmadığını söyləyib: 

“Avropa Liqasının qrupunda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Emosional baxımdan bu turnir daha çox şey gətirir. Ancaq ikinci turda “Qarabağ”a məğlubiyyət hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43