Kateqoriyasız

“Qarabağ”a meydan oxumağa hazırıq”

Albaniya çempionu “Partizani” Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, oyunla bağlı yerli mətbuata açıqlama verən Tirana klubunun yeni transferi Villiam Kordeyro iddialı olduqlarını söyləyib:

“Qarabağ”la görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, “Qarabağ” çox güclü komandadı. Ancaq meydan amilindən yararlanıb, ilk oyunda qələbə qazanmalıyıq. Burda müsbət nəticə cavab görüşünə daha rahat çıxmağımıza şərait yaradacaq. İtiriləcək heç nəyimiz yoxdu. “Qarabağ”ın adından və gücündən qorxmaq uğursuzluğa səbəb ola bilər. Bu üzdən rəqibə meydan oxumağa hazırıq”.

Qeyd edək ki, “Partizani” – “Qarabağ” oyun Bakı vaxtı ilə 19:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43