Kateqoriyasız

“Qarabağ”a qalib gələ bilərik” – “Viktoriya”nın futbolçusu

Çexiyanın “Viktoriya” (Plzen) klubunum futbolçusu Forçun Akpan Bessi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunlar haqqında danışıb.

İdmanxeber.az-ın məlumatına görə,  “Ferentsvaroş”dan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçu III təsnifat mərhələsində “köhlən atlar”a uduzduqları görüşü xatırlayıb:

“Çətin matç idi, indi də belə olacaq. “Qarabağ” irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik. Bu komandaya qalib gələ bilərik”.

Qeyd edək ki, “Qarabağ” Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43