Kateqoriyasız

“Qarabağ”a qalib gələcəyik” – “Dandolk”ın futbolçusu

“Dandolk”un futbolçusu Şon Qennon Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdə “Qarabağ”la keçirəcəkləri oyun haqda danııb.

İdmanxeber.az-ın məlumatına görə, o, heç nədən çəkinmədiklərini söyləyib:

“Qarabağ” yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları hər şeyi deyir. Amma biz də yaxşı komandayıq. Bundan əvvəl böyük klubları məğlub etmişik. “Qarabağ”a da qalib gələcəyik.  Bu, klubun mentalitetidir. Avropada irəliləmək istəyirik. Oyuna çox yaxşı hazırlaşacağıq və “Qarabağ”ı daha da yaxından tanıyacağıq. Oyun planını hazılamaq üçün vaxtımız var”.

Qeyd edək ki, sabah keçiriləcək “Dandolk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab görüşü isə 1 həftə sonrda “Dalğa Arena”da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43