03 Avqust 2020
Ölkə futbolu Premyer Liqa

“Qarabağ”a qarşı hücum edən hansı komanda var?” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında XVIII turun “Qarabağ” – “Sumqayıt” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, “Qarabağ”a qarşı səhv etmək olmaz. İkinci hissədə futbolçularımız oyuna gec kökləndilər. Həmin səhv məğlubiyyətə səbəb oldu. Sevinirəm ki, komandamızın oyun dəst-xətti var. Heç kimdın çıkinmirik. Gələcəyə nikbin baxmağa əsasımız var. Başqa futbol da oynaya bilərik. Amma qarşıya məqsəd qoymuşuq. Belə məğlubiyyətlər də olacaq. Məqsədə çatmaq üçün futbol oynamalıyıq. Futbolçuların inkişafını istəyiriksə, onlar özlərinə inanmalıdılar. Epizodlarımız var idi. Daha soyuqqanlı ola bilərdik. Əzmkarlığa görə futbolçulara təşəkkür etdik.

– Oyundan zövq ala bildiz?
– Bəli. Siz almadız?

– Xeyr.
– Yəqin ki, fikriniz başqa yerdə idi. Nədən zövq almadız?

– “Qarabağ” təkqapı oynayırdı.
– Qarabağ”a qarşı hücum edən hansı komanda var?

– “Neftçi”, “Keşlə”…
– Bu sizin fikrinizdi. Nə deyim…

– “Sumqayıt” həmişə etibarlı müdafiəsi ilə seçilib. Amma bu gün arxa xəttiniz pərən-pərən düşmüşdü?
– Oyunu bir az düzgün analiz etmək lazımdı. İlk hissədə epizod buraxmadıq. Təkcə Romeronun cinahdan ötürməsi oldu. Qoldan sonra 4 hücumçu ilə oynadıq. Biz risk etdik. Belədə epizod verməliydik. Əlimdə olan bütün hücumçuları meydana salmışam. “Qarabağ”a qarşı hücum futbolu oynamaq hər komandanın işi deyil.

– Komanda baxımlı futbol göstərir. Bu tempi mövsümün sonuna qədər saxlamaq mümkün olacaq?
– Bu, bizi də düşündürür. Heyətdə bir neçə gənc futbolçumuz var. Onların stabil qalması çətindi. Bunun üzərində işləyirik. Çalışacağıq ki, tempi saxlayaq. Nəyisə itirsək, bizim üçün böyük tragediya olmayacaq. Futbolçuları qazanmağa çalışırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İnter” Avstriya klubunu “top atəşi”nə tutdu

admin

“Qarabağ” – “Xəzər Lənkəran” oyununun vaxtı dəqiqləşdi – Turun Cədvəli

admin

Azərbaycan – Rusiya matçının start heyətləri açıqlandı

admin