Ölkə futbolu


Qarabağ”la oyunda maksimum nəticə qazanmağa çalışacağıq”

“Son oyunlara baxanda komandada inkişaf olduğunu görmək olur. Bütün fikrimizi qarşıdakı oyunlara yönəltmişik. Əlimizdən gələni edib maksimum nəticə qazanmalıyıq”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Rauf Hüseynli Misli Premyer Liqasının XVIII turunda qarşılaşacaqları “Qarabağ” oyunu barədə danışarkən deyib.O, daha sonra davam edib:

“Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməliyik. Hamı əlindən gələni etməlidir. Bu oyunda maksimum nəticə qazanmağa çalışacağıq”.

Hüseynli “Şamaxı”nın sonuncu sıralarda olmasının komandanın üzərində təzyiq yaratmadığını bildirib:

“Məşqçilər bizə güvənir, hər oyun inkişaf etdiyimiz görünür. Üzərimizdə hər hansı bir təzyiq yoxdur. Hamımız özümüzü daha da inkişaf etdirməliyik.

Qarşıdakı oyunlarda nəticələrin olacağını düşünürəm. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün yetərincə gücümüz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43