Dünyadan

“Qarabağ”a qarşı yaxşı oyun sərgiləmək istəyirik”

“Qarabağ”la oyun öncəsi liqada yaşadığımız məğlubiyyət yaxşı olmadı. Buna baxmayaraq, Avroliqa matçına köklənə bilmişik. İnanmıram ki, ölkə çempionatında aldığımız zərbə Qarabağla oyuna təsir göstərsin“. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski Çexiya mətbuatına müsahibəsində deyib.

O, Çexiya liqasının 14-cü turunda “Yablonets”ə  0-3 hesabı ilə uduzduqları matçdan sonra noyabrın 24-də “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb: “Komandada müəyyən çatışmazlıqlar var. Həm müdafiə, həm yarımmüdafiə xəttində futbolçularım istədiyim oyunu nümayiş etdirə bilmir. “Qarabağ”la oyuna qədər nəyisə dəyişmək lazımdır. Bir neçə gün vaxtımız var. Ancaq problemlərimizin sayı çoxdur, onları aradan qaldırmaq üçün daha çox vaxt lazımdır. “Qarabağ”la oyundan sonra da səhvlərimizin üzərində işləməliyik”.

Baş məşqçi “Yablonets”lə oyunda zədələnən komandanın kapitanı Milan Baroşun durumu haqda da məlumat verib: “Baroş oyunun ilk dəqiqələrində zədələndi. Məcburiyyətdən onu əvəz etdik. Çünki “Qarabağ”la görüşdə bizə köməyi çox dəyəcək. Amma onun həmin oyunda iştirak edib-etməyəcəyini dəqiq bilmirik. Baroşun əzələsində zədə var”.

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək “Slovan” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43