20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”a qol vuran futbolçu “Barselona”nın hədəfində

“Barselona”nın idman direktoru Deko 2025-ci ilin yayında “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu hazırda maliyyə problemi səbəbindən oyunçunu ala bilmir. Ancaq rəhbərlik 21 yaşlı yarımmüdafiəçini 2025-ci ildə heyətinə qatmaq niyyətindədi.

Virtsin “Bayer”lə 2027-ci ilə qədər müqaviləsi var. O, cari mövsüm 49 oyunda 18 qol vurub və 20 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Virts Avropa Liqası qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı görüşdə (5:1) fərqlənməyi bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43