Kateqoriyasız

“Qarabağ”a qol vuran futbolçu “Fiorentina”da

Ukraynanın “Dnepr” klubunun futbolçusu Niko Kaliniç karyerasını “Fiorentina”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı futbolçu İtaliya klubu ilə razılığa gəlib. Bu keçid qarşılığında “Fiorentina” Dnepropetrovsk təmsilçisinə 5 milyon avro ödəyəcək. Onunla 4 illik müqavilə bağlamaq nəzərdə tutulub. 

Qeyd edək ki, ötən il Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a iki qol vuran Kaliniç “Dnepr”ə 2:1 hesabı ilə qələbə qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43