Dünya futbolu

“Qarabağ”a qol vurdu, tarixə düşdü

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun “Sevilya”nın hücumçusu Brayan Gil üçün əlamətdar olub.

Gənc forvard İspaniya futbolunun tarixinə düşüb. O, buna matçın 61-ci dəqiqəsində vurduğu qolla nail olub. Belə ki, 54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil, 21-ci əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.

“Sevilya” – “Qarabağ” matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43