Ölkə futbolu

“Qarabağ”a “Şerif” səfərində azarkeş dəstəyi olacaqmı? – Açıqlama

“Qaranbağ” “Şerif”lə oyunun hazırlıqlarına başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, avqusutun 23-ü ölkəmizin Avropadakı tək təmsilçisi olan “Qarabağ” Avroliqanın pley-off mərhələsində  “Şerif” komandası ilə qarşılaşacaq. “Qarabağ”  klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamada təmsilçimizin səfərdə dəstəksiz qalamayacağını bildirib:

“Komandamıza dəstək olmaq üçün diaspora xətti ilə klubumuza 60 nəfərlik bilet tələbi edilib. Ancaq əlavə olaraq da, oyunu izləməyə gələnlər olacaq. Dəqiq say deyə bilməsəm də, təxminən 100 nəfərə yaxın azarkeş stadionda “Qarabağ”a dəstək olacaq”.

Nurlan İbrahimov komandadakı itkilər barəsində də danışıb.

“Bildiyiniz kimi Kintana zədəlidir və bu oyunda da bizə kömək edə bilməyəcək. Emeqara isə son oyunda aldığı qırmızı vərəqəyə görə, heyətdə olmayacaq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43