Kateqoriyasız

“Qarabağ”a vurduğum qola təəccüblənmədim” – Çiçarito

“Sevilya”nın futbolçusu Xavyer Ernandes klubdakı çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Çiçarito ləqəbli forvard Avropa Liqasının qrup mərhələsinin ilk turunda cərimə zərbəsindən “Qarabağ”a vurduğu qolu da xatırlayb. O, bu cür qollar üçün xüsusi hazırlaşdığını bildirib:

“Qarabağ”la görüşdə fərqləndiyim zaman təəccüb hissi keçirmədim. “Vest Hem”də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43