Dünyadan

“Qarabağ”a vurulan qolların müəllifi: “Qarabağ” yaxşı komandadır ancaq…”

“Qələbə bizim üçün çox vacib idi. Bilirdik ki, itiriləcək bir şeyimiz yoxdur. Meydanda qələbə üçün mübarizə apardıq və layiq olduğumu üç xalı qazandıq. Qrupdan çıxma üçün şansımızı geri qaytardıq. İndi dörd xalımız var. Növbəti oyunları da qələb ilə başa vurmağa çalışacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr”in futbolçusu Nikola Kaliniç  matçdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib:

“İnter” favoritdir. Digər üç komanda sona qədər mübarizə aparacaq. Məncə, qrupun taleyinə son oyunda aydınlıq gələcək.

Bu gün (dünən – red.) “Qarabağ”dan güclü idik. İlk oyunda da qol vurmaq imkanlarımız oldu. Ancaq yararlana bilmədik. Bu gün isə şanslarımızdan maksimum istifadə etdik. “Qarabağ” da yaxşı komandadır. Ancaq rəqibi üstələməyi bacardıq

Erkən qol vurmağa çalışırdıq. İkinci qol daha çətin oldu. İncə ötürmə verilmişdi, əvvəl birbaşa qapıya zərbə endirmək istədim, ancaq boşluq çox olduğu üçün fırlanıb, vurdum. Ümid edirəm ki, qarşıdakı oyunlarda da fərqlənəcəm.

 Bütün turnirlərdə uğur qazanmağa çalışırq. Hər oyuna qələbə üçün çıxırıq. Bizim də istəyimiz “pley-off”a vəsiqə qazanmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43