Ölkə futbolu

“Qarabağ”a xəbərdarlıq edildi (FOTO)

“Qarabağ” “Kəpəz”lə matçda ölkə çempionatında yararlandığı formalarda yerləşdirilən “Topaz” loqosunun üzərinə ağ yapışqan lent çəkmişdi.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın sponsorunun adının gizlədilməsi Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinə ziddi. 

Lakin ötən gün “Neftçi” ilə oyunda geyinilən formada loqonun gizlədilmədiyinin şahidi olduq. Çox güman ki, qurum rəhbərliyi sözügedən məqamla bağlı “Qarabağ” tərəfinə xəbərdarlıq edib və bu məsələ yoluna qoyulub.

“Kəpəz”lə oyundan sonra


“Neftçi” ilə oyundan sonra



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43