Ölkə futbolu

“Qarabağ”da aləm bir-birinə dəydi: Futbolçular əlbəyaxaya çıxdılar (ÖZƏL)

"Neftçi"ylə oyunda zəif təsir bağışlayan "Qarabağ"da işlər heç də yaxşı getmir.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, "Qarabağ"ın futbolçuları arasında soyuqluq var. 

Məsələ burasındadır ki, komandanın qapıçısı Şehiç və yen transfer Armenteros klubun kapitanı Rəşad Sadıqovla yola getmir. "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışlayan futbolçulara tez-tez etiraz edən kapitan oyunun ilk hissəsindən sonra paltardəyişmə otağına gedən yolda növbəti dəfə iradını bildirib. Bu zaman tərəflər arasında söz davası yaranıb. Rəşadın iradını qəbul etmək istəməyən Şehiçlə yaranmış söz davası sonradan əl-qol hərəkətlərinə keçib. Sadıqovu müdafiə etmək məqsədi ilə Namiq Yusifov da qapıçının üzərinə şığıyıb. Eyni komandanın futbolçuları arasında yaranmış davanın böyüməməsinə klubun mühafizəçiləri imkan verməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43