Premyer Liqa

“Qarabağ”da ciddi itki: 6 ay olmayacaq – FOTO

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə AZAL-ın  qonağıdır.

İdmanxeber.com-un məlumatına görə, matçın 21 dəqiqəsində Ağdam klubu ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Dani Kintana oyun epizodu zamanı dizindən zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu Əfran İsmayılovla əvəzlənib. İlkin ehtimala görə, futbolçun diz bağları qopub. Bu da futbolçunun ən azı  5-6 ay yaşıl meydanlardan kənar qalacağı deməkdir. Tibbi müəyinədən sonra futbolçunun hansı müddətə zədələndiyi dəqiqləşəcək.

Qeyd edək ki, hal-hazırda davam edən matçda AZAL 1:0 hesabı ilə qalib gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43