06 Dekabr 2020
Kateqoriyasız

“Qarabağ”da ciddi itki: APOEL ilə oyunu buraxacaq!

Premyer Liqanın X turunda “Neftçi” ilə matçda (0:0) zədələnən “Qarabağ”ın hücumçusu Mahir Emrelinin əzələsində dartınma olduğu aşkarlanıb.

Klubun saytının yaydığı məlumata görə, 22 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mahir “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

APOEL – “Qarabağ” matçı noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Renat Dadaşov Portuqaliyada növbəti oyununa çıxdı

admin

UEFA avrokuboklarla bağlı qərarını açıqladı – Rəsmi

admin

“Qarabağ” İspaniyada tarix yaza biləcəkmi? – UEFA faktları açıqladı

admin