Ölkə futbolu

“Qarabağ”da ciddi itki – PAOK-la oyunu buraxacaq

Avropa Liqasında qrup mərhələsinin III turunda “Qarabağ” PAOK-u qəbul edəcək. 


İdmanxeber.com-un məlumatına görə, təmsilçimizin heyətində ciddi itki var. Migel Madera sözügedən qarşılaşmanı buraxacaq. İki gün öncə məşqdə zədələnən ispan futbolçu ötən gün keçirilən məşqi də buraxmalı olub. 


Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43