Premyer Liqa

“Qarabağ”da ciddi itkilər: yenə onlar yoxdu

Premyer Liqanın 18-ci turunda sabah doğma meydanda “İnter”i sınağa çəkəcək olan “Qarabağ”da ciddi itkilər var. 

Klubdan idmanxeber.com-a verilən məlumata görə, komandanın iki aparıcı üzvü Admir Teli və Riçard Almeyda zədəlidir. Admir Telinin bu matçda çıxış etməyəcəyi dəqiqləşib. Almeydanın isə “bankirlər”ə qarşı oynayıb-oynamayacağı oyun günü müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ” – “İnter” maçtı saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43