Kateqoriyasız

“Qarabağ”da daha 5 nəfərdə koronavirus aşkarlandı – Adlar

“Qarabağ”ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.

Bu barədə klubun mətbut xidməti məlumat yayıb. Komanda Avropa Liqasının qrup mərhələsində “Makkabi” ilə matçdan (1:1) geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. Testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada COVİD-19 aşkarlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43