Dünya futbolu

“Qarabağ”da daha bir oyunçu zədələndi

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Sportinq”lə qarşılaşan “Qarabağ” klubu ciddi itki ilə üzləşib.

 Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev sıradan çıxıb.  60-cı dəqiqədə rəqib futbolçu ilə mübarizə zamanı zədə alan müdafiəçi, oyunu davam etdirə bilməyib. Onun əvəzinə gənc Abbas Hüseynov meydana daxil olub.

Qeyd edək ki, təmsilçimizin əsas kapitanı Rəşad Sadıqov da zədə səbəbindən qarşılaşmanı buraxmalı olub.  Onun adı ümumiyyətlə, oyunun iştirak ərizəsinə daxil edilməyib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43