Kateqoriyasız

“Qarabağ”da Gerye müəmması başa çatdı – RƏSMİ

“Qarabağ” haitili futbolçu Donald Gerye ilə yolları ayırıb.

İdmanxeber..az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Gerye Haiti milli komandasının düşərgəsindən ayrılandan sonra Ağdam klubu ilə razılaşdırılmış vaxtda düşərgəyə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə görüşdə də iştirak etməyib. Bu səbəbdən də klub futbolçu ilə yolları ayırmağa qərar verib.

“Qarabağ” Geryeyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından “Qarabağ”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43