Kateqoriyasız

“Qarabağ”da ispan hücumçu?

Mahir Emrelinin gedişindən sonra yeni hücumçu axtarışında olan “Qarabağ” istədiyi oyunçunu tapıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu İspaniyanın aşağı liqa təmsilçisi “Atletik klub Torrellano”nun forvardı Adrian Molina Diazı heyətinə qatmağa hazırlaşır.

24 yaşlı forvardın klubu ilə müqaviləsi bu ayın 30-da bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43