Kateqoriyasız

“Qarabağ”da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu” – Andrade

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər kubokunun seçmə mərhələsində Kameruna qarşı oynayıb.

28 yaşlı futbolçu millisinin 3:1 hesabı ilə qalib gəldiyi matçda start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Bu qarşılaşma Andradenin yığmada ilk rəsmi matçı olub. O, rəsmi debütü və millidəki çıxışı barədə “Qarabağ”ın saytına açıqlama verib:

“Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq oyununda meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim. Rəsmi debütümdə qələbə qazandıq və buna çox sevinirəm. Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq.

Yığmaya dəvət almağım məni çox sevindirir. Əlbəttə, “Qarabağ”da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu. Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, “Qarabağ”da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43