06 Avqust 2020
Kateqoriyasız

“Qarabağ”da oynamaq üçün bunu etmişdim, yenə edərəm”

“Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra “Bornmut”a qayıdan Asmir Beqoviçin “Aston Villa” və ya “Vest Hem”ə transferi yubanır.

Komandanın baş məşqçisi Eddi Hou bosniyalı qolkiperin Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqları rəqiblərə verilməsini istəmir. “Aston Villa” və “Vest Hem” 32 yaşlı qolkiperin transferi üçün yarışsa da, problemlə üzləşiblər. Eddi Hounun qərarı bosniyalı qapıçını məyus edib.

Beqoviç “Bornmut”da qalmaq istəmir. Onun Eddi Hou ilə münasibəti qaydasında deyil. 32 yaşlı qolkiper başqa klubda daim oynamaq üçün həftəlik maaşının 110 min funt-sterlinqə endirilməsinə hazırdır. Lakin bunun üçün ona klub da kömək etməlidir. Nəşrdə Beqoviçin fikirlərinə də yer verilib: “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də edərəm”.

“Aston Villa” və “Vest Hem” Beqoviçi transfer edə bilməsə, Türkiyənin I Liqasında çıxış edən “Ərzusumspor”un qapıçısı İbrahim Şehiçi almağa çalışacaqlar. Yayda müqaviləsi başa çatacaq 31 yaşlı bosniyalı qapıçını qışda 1,5 milyon funt-sterlinqə transfer etmək mümkün olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bu suala cavab vermək çox asandı” – Yurçeviç

admin

Yubiley matçında “Neftçi”yə dəyən zərbə

admin

“Qarabağ”ın heyətində sürpriz – Ehtimal olunan heyət

admin