Kateqoriyasız

“Qarabağ”da ŞOK ayrılıq

 İnnosent Emeqara "Qarabağ"dan ayrılıb.

İdmanxeber.com məlumatına görə, bir neçə gün əvvəl anasının səhhətiylə bağlı İsveçrəyə yollanan Emeqara “Qarabağ”dan ayrılmaq qərarına gəlib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu xəbəri təsdiqləyib:

“Bəli, o, daha qayıtmayacaq. Emeqaranın ailəsində problemlər var və buna görə də, “Qarabağ”dan ayrılmaq istədi. Yəni burada qala bilmir. Əlaqə saxladı, durumu izah etdi, biz də onu anlayışla qarşıladıq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43