Ölkə futbolu

“Qarabağ”da son durum: aparıcı futbolçular qalır, gənclər gedir

Premyer Liqada qışı çempion olaraq tamamlayan "Qarabağ" klubu hazırda istirahətə çəkilib.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, kollektiv yanvar ayının 7-də bir araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. "Qarabağ"da üzləri güldürən məqam odur ki, aparıcı futbolçular komandadan ayrılmayacaq. Çünki onların müqavilələri qüvvədədir. Ancaq bir neçə gənc futbolçunun başqa klublara icarəyə verilməsi ehtimalı da var. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43