Ölkə futbolu

“Qarabağ”da son durum: biri getdi, biri gəldi

Premyer Liqanın şəriksiz lideri şəriksiz”Qarabağ” “Rəvan”la oyunda bir futbolçunun xidmətindən məhrum olacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam komandasının üzvü Qara Qarayev Bayılda keçiriləcək oyunu AZAL-la matçda aldığı sarı kart səbəbindən buraxacaq. Gənc futbolçu cəzalı duruma düşdüyündən bu oyunda iştirak edə bilməz.

Əvəzində bir müddətdir ki, zədəli olan Nikolas Gelaşvili sıraya dönüb və onun “Rəvan”la oyunda meydana çıxmaq şansı yüksəkdi.

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” matçı ayın 19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43